"Lion" prezidenti klubu Fransa çempionatının elit divizionunda saxlayacağını vəd edib
17/11/2024 - 07:31
"Lion"un prezidenti Con Tekstor Fransa futbol çempionatının elit divizionunda yerini qorumaq üçün klubun 100 milyonluq borcunu ödəyəcək. APA xəbər verir ki, bu “RMC Sport” agentliyi məlumat yayıb. Borcları aradan qaldırmaq üçün Tekstor İngiltərənin “Kristal Palas” klubundakı payını satmaq niyyətindədir.