Mədəniyyət nazirindən biabırçı paylaşım: bəstəkarı "cazmen" kimi təqdim etdi - FOTO

30/11/2022 - 15:33

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun paylaşımı müzakirələrə səbəb olub.

Nazir öz sosial şəbəkə hesabında görkəmli bəstəkar Rauf Hacıyevin 100 illiyi münasibətilə paylaşım edib.

Lakin o, paylaşımında Rauf Hacıyevi bəstəkar deyil, cazmen kimi təqdim edib.

 

 

Qeyd edək ki, Rauf Hacıyev Üzeyir Hacıbəyovun tələbələrindəndir. O Azərbaycan filmlərinə musiqilər bəstələyib, yadda qalan çoxlu sayda mahnıların müəllifidir. Bəstəkarın "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" mahnıları çox populyardır.

O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib./Bakupost.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

"Yeni ulduz" qayıda bilər?
30/09/2024 - 10:54
Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49