Molla rejiminin “iç üzü”: Etirazçı qadınların qəsdən sifətlərinə və cinsiyyət orqanlarına atəş açılır…

17/12/2022 - 10:56

Britaniyanın “The Guardian” qəzeti İranda xüsusi araşdırma apararaq şok faktlar üzə çıxarıb.

Qafqaz.media xəbər verir ki, nəşrin yazdığına görə, İranın hüquq-mühafizə orqanları nümayişçilər arasında qorxu və panika yaymaq üçün məqsədli çəkildə gənc qadınların üzlərinə, sinələrinə, hətta cinsiyyət orqanlarına atəş açırlar.

Adının açıqlanmasını istəməyən iranlı həkim britaniyalı jurnalistlərə deyib ki, “Bəsic” və SEPAH-ın (İran İnqilabı Keşikçiləri Korpusu) təhlükəsizlik qüvvələri və polis nümayişləri yatırtmaq üçün artıq əsasən qadınları hədəfə alıb.

İranda tələbələr də etirazlara qoşulub -FOTOLAR - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Nümayişçilərə gizli tibbi yardım göstərən həkimlərin sözlərinə görə, onlar ilk dəfədir ki, belə bir qəddarlıqla qarşılaşırlar. Belə ki, kişi nümayişçilər əsasən ayaq, bel və ombasından güllələnir, qadınlar isə sifət nahiyəsindən. Həkimlər buradan belə nəticəyə gəliblər ki, İranın cəza strukturları təkcə şikəst etmək deyil, həm də molla rejiminə qarşı çıxmağa cəsarət edən gənc iranlı qadınları eybəcərləşdirməyə çalışır.

Həkimlər jurnalistlərə şikəst edilmiş nümayişçilərin çoxlu fotoşəkillərini göstəriblər.

İsfahandakı mərkəzi klinikanın həkimi bildirib ki, təhlükəsizlik qüvvələri kişiləri və qadınları fərqli şəkildə hədəfə alır.

“Çünki onlar qəsdən bu qadınların gözəlliyini və cəlbediciliyini məhv etmək istəyirlər. Mən nümayişi dağıdarkən bir neçə mühafizəçi tərəfindən mühasirəyə alınan və ov tüfəngi mərmiləri ilə cinsiyyət orqanına iki dəfə atəş açılan 20 yaşlı xəstəyə şəxsən kömək etdim”, - deyə həkim bildirib.

Tehranın yaxınlığındakı Karec şəhərində çalışan daha bir həkim isə bildirib ki, təhlükəsizlik qüvvələri “yaraşıqlı qadınların üzünə və cinsi orqanlarına atəş açır”.

Britaniya jurnalistləri həmçinin oktyabrın 26-da Tehranda İran Tibb Şurasının qarşısında etiraz aksiyası keçirən yüzlərlə iranlı həkimin güllə yarası aldığını bildiriblər.

Etirazçı qadınların hüquq-mühafizə orqanları tərəfindən kor edilməsi də kütləvi hal alıb. Hansı ki, həkimlərin əllərində odlu silahdan nümayişçilərin gözlərinin zədələnməsinə dair mindən çox fakt var və 400-dən çox iranlı oftalmoloq bununla bağlı etiraz bəyanatı yayıb.

Xatırladaq ki, təhlükəsizlik qüvvələrinin vəhşiliklərinə baxmayaraq, İranda etirazlar hər ötən gün daha da şiddətlınir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02