"Muğam"ın solisti Gülyaz Məmmədova şirin ifaları ilə iraqlı tamaşaçıları özünə heyran edib

11/12/2023 - 18:32

 

 

İraqın paytaxtı Bağdad şəhərində dekabr ayının 3-7 tarixlərində "Beynəlxalq İrs" festifalı kecirilib. Festivalda Azərbaycanı İdris Hüseynovun rəhbərliyi ilə "Muğam" qrupu və Xalq artisti Gülyaz Məmmədova təmsil edib. Dekabrın 6-da səhnəyə çıxan "Muğam" qrupu tamaşaçılar, o cümlədən tədbirdə iştirak edən İraqın tanınmış elm, sənət xadimləri, yüksək səviyyəli rəsmi dövlət nümayəndələri tərəfindən böyük alqışlarla qarşılanıb. Tədbirdə "Muğam" qrupunun solisti Xalq artisti Gülyaz Məmmədova muğam, xalq mahnıları və təsnifləri ifa etmişdir. Gülyaz Məmmədovanı tarda İdris Hüseynov, kamançada Fərid Babayev, balabanda Adil Müslümov, ritm alətlərində Vəfadar Ramizadə müşayiət ediblər. "Muğam"ın bütün üzvlərinin, o cümlədən Xalq artisti Gülyaz Məmmədovanın qəlbləri ovsunlayan sehrli ifası tamaşaçılar tərəfindən çoxsaylı alqışıarla qarşılanıb.

Onu da xüsusi qeyd edək ki, Azərbaycan musiqisi İraqda böyük maraqla qarşılanır və bunu "Muğam"  ansablının bədii rəhbəri tarzən İdris Hüseynov və digər üzvlər  çıxış zamanı tamaşaçılar tərəfindən  dəfələrlə uzun sürən alqışlarla qarşılanması bunu bir daha sübut edir.

Fuad BİLƏSUVARLI

QAFQAZ.MEDİA

 

 

 

 

    

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49