Narkoekspert QHT Agentliyi haqda şok faktları açıqladı - 369 MİN MANATLIQ YEYİNTİ...

01/12/2023 - 14:12

“Bir neçə aydır topladığım informasiyalar əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində korrupsiyanın kökünü demək olar ki, tapmağa nail oldum. Çoxu mənə deyirdi, agentlik 2022-ci ildə təkcə tədbirlərdən 369 500 manat pul mənimsəyib, inanmırdım. Tanışlarlmın əlaqələrindən istifadə edib bəzi əlaqələr qurdum, kim nədən, niyə QHT Agentliyinə pulu geri qaytarıbsa, öyrəndim”.

Bu barədə Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqaloz yazır. O, daha sonra əlavə edir:

“2022-ci ildə QHT Agentliyinin bəzi tenderlərdən qazandığı pulları diqqətinizə çatdırıram:

1. "SİNERGİ PARTNERŞİP" MMC. İşğaldan azad edilmiş rayonlara, Vətən müharibəsi zamanı Ermənistanın terror törətdiyi regionlara və həmçinin Agentliyin cari ilin sonuna kimi həyata keçirəcəyi müxtəlif tədbirlərin təşkil olunmasının satınalınmasına - 263 710 AZN ayrılıb(geri qaytarılan məbləğ – 120 000 AZN);

2. “TODAY” MMC. İctimai şuralara təlimlər və Birinci mübadilə və təlim proqramının satınalınması - 246 578 AZN (geri qaytarılan məbləğ – 75 000 AZN);

3. "İDEAL DİZAYN OFFİCE" MMC. Mebel inventarlarının satınalınması – 35 200 AZN (geri qaytarılan məbləğ – 5000 AZN);

4. “AZALİ GROUP” MMC. Türkiyə QHT-ləri və beyin mərkəzlərinin Azərbaycana səfərinin təşkilinin satınalınması – 86 190 AZN (geri qaytarılan məbləğ – 16 000 AZN);

5. "SAFAROFF CA" MMC. Elektron proqramların funksiyanallığının artırılması, dizaynın yenilənməsi və texniki dəstəyin göstərilməsi xidmətinin satınalınması 90 860 AZN (geri qaytarılan məbləğ – 15 000 AZN);

6. "AE UNION" MMC.  Avadanlıqların və müvafiq aksesuarların satınalınması – 90 824 AZN (geri qaytarılan məbləğ – 33 000 AZN);

7. "VEGA TRAVEL MANAGEMENT" MMC. “Xarici və yerli QHT-lər arasında beynəlxalq əməkdaşlıq məsələləri”nin satınalınması – 178 890 AZN (geri qaytarılan məbləğ – 74 000 AZN).

Bir tender isə tamamilə icra edilməmiş, şirkətin faizləri çıxmaq şərtilə qalan vəsait mənimsənilmişdir. Onu da diqqətinizə çatdırıram:

1. "TURALUX" MMC. “Ulu öndər Heydər Əliyevin Şuşa sevgisi” tədbirinin satınalınması -  35 230 AZN (geri qaytarılan məbləğ – 31 500 AZN).

Beləliklə, 1 ildə 369 500 manatın mənimsənildiyini özünüz də hesablaya bilərsiniz.

Kiçik bir dövlət qurumu təkcə tenderlərdən bu qədər vəsait qazanırsa, görün ölkəmizdə vəziyyət nə qədər acınacaqlıdır. Hələ bunların “ölü QHT-lər”ə yazdırdıqları vəsaitləri demirəm.

Yazımda şübhəsi olanlar, araşdırsın.

...Amma mən QHT agentliyindən anti-narkotik təlimlərim üçün, sadəcə, 10 min pul istədim, mənə ümumiyyətlə “YOX!” deyildi”./Hurriyyet.az