“O, İNSANLARIN SƏSİNƏ QULAQ ASMIR, YALNIZ MUZDLULARINI EŞİDİR” - Xamneinin bacısı İran rejiminin tezliklə devriləcəyinə ümid edir

07/12/2022 - 13:51

İranın ali dini lideri Əli Xameneinin bacısı Bədri Xamenei qardaşının “avtoritar idarəçiliyini” pisləyərək, İranın tiranlığının tezliklə alt-üst olacağına ümid etdiyini bildirib.

Qafqaz.media xəbər verir ki, bu barədə İranın müxalif mediası yazır.

Bədri Xameneinin “Twitter” hesabında fars və ingilis dillərində yazdığı açıq məktubda qeyd edilib ki, İslam Respublikasının qurucusu Ruhullah Xomeyni və onun varisi Əli Xamenei rejimi “iranlılara əzab və zülmdən başqa heç nə gətirməyib".

Onun sözlərinə görə, İran xalqı azadlıq və firavanlığa layiqdir və onların qiyamı qanunidir.

“Qardaşım insanların səsinə qulaq asmır və yalnız muzdlularını eşidir. İnsanlıq borcuma uyğun olaraq dəfələrlə xalqın səsini qardaşım Əli Xamneinin qulağına çatdırdım... Amma dinləmədiyini görəndən sonra, onunla münasibətimi kəsdim. Mən qardaşımın hərəkətlərinə qarşı çıxıram və Xomeyni dövründən Əli Xameneinin despotik xilafətinin indiki dövrünə qədər rejimin cinayətlərinə ağlayan bütün analara başsağlığımı bildirirəm”, - Bədri yazıb.

O, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu və Xamneinin “muzdlularını” mümkün qədər tez silahlarını yerə qoymağa və çox gec olmadan xalqa qoşulmağa çağırıb.

Onu da qeyd edək ki, Bədri Xameneinin əri də rejimi kəskin tənqid edir və qızı bu yaxınlarda İran hakimiyyətini pislədiyi üçün həbs edilib.

Qafqaz.media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02