Pakistan höküməti müxalifətlə İmran Xanın amnistiyasını müzakirə etməyi planlaşdırmır

30/12/2024 - 06:13

Pakistan hökuməti siyasi fikir ayrılıqlarının həlli üçün müxalifətlə dialoqun tərəfdarıdır, lakin danışıqların gündəliyinə respublikanın keçmiş Baş naziri İmran Xanın amnistiyasını daxil etməyi planlaşdırmır. APA xəbər verir ki, bu barədə “The Express Tribune” nəşri ölkənin neft və qaz naziri Müsadiq Məliyə istinadən məlumat yayıb. Qeyd edək ki, hakimiyyətlə müxalifət arasında məsləhətləşmələrin növbəti raundu 2025-ci il yanvarın 2-nə təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ