Prezidentin fəxri diplomu Mələkxanım Eyubovaya təqdim edildi - Fotolar
Xalq artisti Mələkxanım Eyubovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.
Qafqaz.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.
O, mərasimdən fotolar paylaşaraq "Azərbaycan Respublikasının fəxri diplomu"nu almağım münasibətilə Cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm! Təltif olunan bütün sənət dostlarımı ürəkdən təbrik edirəm" sözlərini yazıb.
Dövlət təltifini elm və təhsil naziri Emin Əmrullayev xanəndəyə təqdim edib.
Qeyd edək ki, ötən ilin dekabrında dövlət başçısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalamışdı.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media