Qadın deputatın içkisinə narkotik qatıb, təcavüz etmək istədi… - 65 YAŞLI SENATOR SAXLANILDI

17/11/2023 - 12:56

66 yaşlı fransalı senator Joëlle Guerriot Parisdə həbs edilib. Stopnarkotik.az “BFM RMC”-ə istinadən xəbər verir ki, o, qadın deputata narkotik verməkdə şübhəli bilinir.

Nəşrin məlumatına görə, insident noyabrın 15-də siyasətçinin evində baş verib. Adı açıqlanmayan qadın deputat ona baş çəkərkən bir az içib, bundan sonra özünü pis hiss etməyə başlayıb və xəstəxanaya aparılıb. "O, müayinə üçün xəstəxanaya yerləşdirilib, ondan nümunələr götürülüb, analizlər onun bədənində ekstaz olduğunu göstərib", - məlumatda deyilir.

Deputat polisə ərizə yazıb və bildirib ki, həmkarı onu zorlamaq üçün içkisinə narkotik maddə qatıb.

Bir neçə saat sonra senator saxlanılıb. Guerrio günahkar bilinərsə, onu 5 ilə qədər həbs və 75 min avro cərimə gözləyir.

Paris prokurorluğunun bildirdiyinə görə, Senat üzvü “cinsi zorakılıq törətmək məqsədi ilə onun xəbəri olmadan bir şəxsə onun düşüncəsini və ya hərəkətlərinə nəzarəti zəiflədə biləcək maddə yeritdiyinə” görə polis nəzarətindədir. Senatorun evində axtarış zamanı içərisində narkotik olan kiçik çanta aşkar edilib. Guerrio bunu cinsi təcavüz niyyəti ilə etdiyini rədd edir.