“Qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında razılaşma üçün həlledici olacaq”-Dövlət Departamenti

15/11/2023 - 22:58

“Qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq”.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

“Qarşıdakı bir neçə həftə tərəflərin niyyətlərdən razılığa keçməyə hazır olduqlarını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda “bəli” əldə etmək ən çətin sözdür”, – ABŞ dövlət katibinin köməkçisi deyib.

O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb: “Biz sülh sazişi üzərində işləyirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33