Qazaxda Zəfər Günü fləşmobla qeyd olunub
07/11/2023 - 23:14
Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə fləşmob keçirilib.
Qazax şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət Heydər Əliyev adını daşıyan parkda 8 Noyabr – Zəfər Günü münasibətilə 700 nəfərin iştirakı ilə “Zəfər Günü” sözü yazılıb. Üçrəngli Azərbaycan Bayrağı və qardaş ölkə olan Türkiyənin ay ulduzlu bayrağı fləşmoba xüsusi rəng qatıb.