Ərdoğandan alman jurnalistə sərt cavab - "Bizi bununla təhdid etməyin!" / VİDEO

18/11/2023 - 11:19

Məlum olduğu kimi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən gün Almaniyaya səfər edib. Burada Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşən Ərdoğan, daha sonra Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında iştirak edib.

"AzPolitika.info" xəbər verir ki, bu zaman alman jurnalistin Türkiyəyə "Eurofighter" döyüş təyyarələrinin satışı ilə bağlı sualı Ərdoğanı qəzəbləndirib.

Türkiyə lideri jurnalistin sualını bu şəkildə cavablandırıb:“Almaniya "Eurofighter"i verə də bilər, verməyə də bilər. Dünyada döyüş təyyarələri istehsal edən yeganə ölkə Almaniyadır? Biz bu təyyarələri bir çox yerdən tədarük edirik. Hazırda Türkiyə pilotsuz döyüş təyyarələrinin sayına görə lider dövlətlərdən birinə çevrilib. Bir mətbuat nümayəndəsi kimi bizi bununla hədələmə. Bizə elə suallar verin ki, bu suallar vicdanlı olsun və biz də sizə o şəkildə cavab verək".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12