Rusiya Müdafiə Nazirliyi Priqojinin yalanını ifşa etdi: Soledarı almamışıq

11/01/2023 - 18:26

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Donetsk vilayətində Soledar uğrunda döyüşlərin hələ də davam etdiyini bildirib. Başqa sözlə, qurum "Vagner"-in təsisçisi Priqojinin şəhərin tutulması ilə bağlı açıqlamasını təsdiqləməyib, əksinə təkzib edib. Qafqaz.media bu barədə "Moscow Times" nəşrinə istinadla bildirir.

Belə ki, qurumun sözçüsü İqor Konaşenkov, “Rusiya Hava Desant Qüvvələrinin (VDV) bölmələri Soledarı şimaldan və cənubdan mühasirəyə alıb, şəhərdə hücum dəstələri döyüşür, Hava Qüvvələri Ukrayna qoşunlarının dayaq məntəqələrinə zərbələr endirir”, deyə açıqlama verib.
Kreml nəticə çıxarmağa "tələsməməyə" və "rəsmi açıqlamaları gözləməyə" çağırıb. Eyni zamanda, prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, “irəliləmədə müsbət tendensiya var”. Xatırladaq ki, ötən axşam "Vaqner"in başçısı muzdlularının şəhərin bütün ərazisinə nəzarəti ələ keçirdiyi barədə məlumat yaymışdı.
"Bir daha vurğulamaq istəyirəm ki, Vaqner-in döyüşçüləri istisna olmaqla, Soledara hücumda heç bir hərbi bölmə iştirak etmədi", deyə Priqojin ayrıca vurğulamışdı. Xatırladaq ki, bu gün  Priqojinin Soledarın tutulması ilə bağlı bəyanatını Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı da təkzib etmişdi.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33