SAMİR ŞƏRİFOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni vəzifəyə təyin olundu + DOSYE

10/01/2025 - 15:48

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.

S.Şərifov 2006-cı ilin aprel ayının 18-dən maliyyə naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 

1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.

-1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı;

 -1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini;

-1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor;

-2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru;

-2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri vəzifələrində işləyib.

2006–2024-cü illərdə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışıb.

Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.

Bu gün - 10 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

6 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Şərifov "Şöhrət" ordeni ilə təltif olunub.

Evlidir, üç övladı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ