"Silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb" - Gerasimov

18/12/2024 - 15:05

Dünyada silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb”. APA xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib. O həmçinin Qərbin ikili standartları səbəbindən ölkələr arasında etimadın minimal səviyyədə belə bərpasının mümkünsüzlüyünü qeyd edib:  “Etimad olmadan silahlanmaya nəzarət üzrə işlək mexanizminin yaradılması mümkün deyil”. Qeyd edək ki, 1987-ci ildə ABŞ və Rusiya arasında “Orta və Yaxınmənzilli Raketlərin ləğvi haqqında” müqavilə imzalanıb. İki ölkə arasındakı fikir ayrılıqları səbəbindən Rusiya 2019-cu il iyulun 3-də, ABŞ isə elə həmin il avqustun 2-də bu sənəddən çıxdıqlarını bəyan edib. Rəsmi Vaşinqton bu qərarını daha müasir silah növlərinin, eləcə də yeni çağırışlara cavab verən hava hücumundan müdafiə sistemlərinin yaradılması istəyi ilə əsaslandırıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ