"Sosial şəbəkədə haranı açırsan Xatirə"

18/01/2024 - 17:43

"Heç bir verilişə getmirəm, efirə getmirəm. Amma sosial şəbəkələrdə haranı açırsan Xatirə. Efirə getmirəm, bu söhbətlər haradan çıxır? Görün, nə qədər maraqlı adamam".

Qafqaz.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam aparıcı Kazım Sübhanın "Özəl" verilişində deyib. Verilişlərə getməyən sənətçi gündəmdə qalmasından danışıb:

"Sosial şəbəkələrə baxıram, ən az qalmaqalı olan mənəm. Heç kimin işinə qarışmıram. Bir söz deyirəm, bomba kimi partlayır". 

Sənətdən danışan ifaçı "Təkcə performans göstərməklə yadda qalmaq olmaz. İfaların yadda qalmasa, mahnılar sevilməsə olmaz. Məşhur müğənni var ki, ifasında yaddaqalan mahnı yoxdur. İldə heç olmasa bir hit təqdim etməyən insanı necə sevmək, yadda saxlamaq olar? Sənət adamınının heç olmasa bir yaddaqalan layihəsi olmalıdır" deyə, əlavə edib.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49