Tramp: Kanadalılar ölkənin ABŞ-nin 51-ci ştatı olmasını istəyir

18/12/2024 - 14:21

“Kanada ölkəmizin 51-ci ştatı olsaydı vətəndaşlar həm vergilərə, həm də müdafiə məsələlərinə ayrılan vəsaitə xeyli qənaət etmiş olardı”. APA xəbər verir ki, bunu yanvarın 20-də ABŞ-nin prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb. O qeyd edib ki, kanadalıların bir çoxu məhz bunu istəyir. D. Tramp eyni zamanda ABŞ-nin bu ölkəyə subsidiya ayırmasının qəribə olduğunu qeyd edib: “Kim Kanadaya ildə 100 milyon dollardan çox vəsait ayırmağımızın səbəbini izah edə bilər? Bu mənasızdır! Əksər kanadalılar bu ölkənin 51-ci ştatımız olmasını arzulayır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ