UKRAYNADA ABXAZLAR ÖLÜR - Nə üçün və kimin uğrunda?

02/01/2023 - 11:24

Bir çox abxaz ailələrinə Ukrayna müharibəsindən kədərli xəbərlər gəlir. Ukraynada müharibəyə gedən abxaz “könüllüləri”, daha doğrusu, Axra Avidzbanın rəhbərlik etdiyi “Pyatnaşka” bölməsində döyüşən yaraqlılar Donbassdakı döyüşlərdə ağır itki verirlər.

Belə ki, 28-29 dekabr 2022-ci il tarixlərində üç yaraqlının öldüyü açıqlandı. Əslində isə itkilər daha çoxdur. Bu günlərdə “Pyatnaşka”dan olan ən azı 10 abxaz ölüb, sadəcə olaraq, onların cəsədləri hələ də döyüş meydanında qalır, Abxaziyay gətirilməyib.

Abxaziyalı bloger Daur Tarieloviç Ukraynada abxazların ölümü ilə əlaqədar soydaşlarına müraciət edərək, onları qəti şəkildə müharibəyə getməməyə və bu ölkəyə təcavüz edənlərin maraqları üçün ölməməyə çağırıb.

Eyni zamanda sual yaranır ki, niyə məhz indi etnik abxazların Ukraynada rus işğalçılarına qarşı döyüşdüyü bölmədə belə böyük itkilər verilir və ölənlər məhz abxazlardır? Separatçı komandir Axra Avivdzbanın həmyerlilərini hansı ölümcül “tələ”yə sürüklədiyini başa düşsək, qismən buna cavab tapmaq olar. Xatırladaq ki, o, 44 günlük müharibədən sonra Qarabağdan olan erməni “qaçqınlarını” Abxaziyaya yerləşdirməyi təklif etmişdi.

Axra Avidzbanın abxazlara yazığı gəlmir. Ukraynada nə qədər çox ölürlərsə, bir o qədər də abxaz torpağı erməni “dostları”na qalacaq?

Və bu gün təcavüzkarlar digər birləşmələrin böyük itkilərinə baxmayaraq, abxazları Ukrayna ordusunun yaxşı möhkəmləndirilmiş mövqelərinə basqın etməyə məcbur edirlər.

Üstəlik, Ukraynada döyüşən abxazların vəziyyətini Axra Avidzbanın işğal olunmuş Ukrayna ərazilərinin sakinləri arasından qondarma “ölü canlar”ı özünün “Pyatnaşka” bölməsinə yazdırmaq biznesi daha da ağırlaşdırır. Bunu keçmiş qondarma Rusiyanın Ukraynaya təcavüzünün reallıqlarını dərk edənlər deyirdi.

 

İşğalçılar cəbhədə problem yaşamağa başlayana qədər hər şey yaxşı idi. İndi onların bölmələri Ukrayna mövqelərinə hücum edərkən böyük itkilər verir. Artıq getdikcə daha çox səfərbər olanlar belə, bu itkiləri kompensasiya etmək iqtidarında deyil. Nəticədə, Rusiya hərbi komandanlığı abxaz döyüşçülərin "rəsmi" sayına əsaslanaraq "Pyatnaşka"dan istifadə etmək qərarına gəldi.

Buna görə də Axra Avidzba döyüşə rüşvət aldığı “ölü canlar” əvəzinə, həmyerlilərini atmalı oldu. Məqsəd faktiki olaraq onları ölümə məhkum etməkdir. Axı, "Pyatnaşka" silahlılarının sayı əslində Rusiya Baş Qərargahında əməliyyatları planlaşdırarkən nəzərə alınan kağız üzərindəki rəqəmlərdən xeyli azdır. Ukraynadakı hər bir abxaz yaraqlısı əslində yalnız “Pyatnaşka”da adları qeyd olunan 4-5 “yoldaş” üçün döyüşməyə məcburdur. Hücum əməliyyatları zamanı isə belə şəraitdə sağ qalmaq real deyil.

Ukraynada həlak olan “Pyatnaşka”dan olan abxaz yaraqlılarının taleyi digər abxazlar üçün xəbərdarlıqdır. Separatçı liderləriniz və komandirləriniz öz Kreml ağalarının və erməni “dostlarının” ilk əmri ilə qanınız hesabına pul qazanacaq və sizi qəti olaraq ölümə tərk edəcəklər. Üstəlik, gec-tez sizin evlərinizdə, torpaqlarınızda Ermənistandan və ya erməni millətçilərinin avantüralarında uğur qazana bilməyən başqa yerlərdən gələn “bədbəxt qaçqınlar” məskunlaşacaq.

Qeorqi Mazniaşvili,

“Kavkazplus”

Tərcümə etdi: Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ