Xalq artisti Teyyub Aslanov təltif edilib

17/01/2024 - 21:36

Qafqaz.Media xəbər verir ki, bu günlərdə bir qrup incəsənət xadimləri dövlətimiz və nazirliyimiz tərəfindən mükafatlandırılıb, təltif edilib. Təltif olunan sənətkarlar arasında Bakı Mədəniyyət və İncəsənət Universitetinin Baş müəllimi, Respublikanın Xalq artisti Hacı Teyyub Aslanov da var. İllərini muğam sənətinə həsr edən, muğamımızın sabahı naminə var gücüylə çalışan, istedadlı tələbələr yetişdirən Teyyub Aslanov Azərbaycan Respublikasının elm və təhsil nazirliyi tərəfindən  "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə tətif edilmişdir. Biz də Qafqaz.Media saytının  rəhbərliyi və kollektivi adından sənətkarımızı təbrik edirik, yeni uğurlar arzu edirik.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49