Ermənilərin Ukraynadan silah oğurlamasının üstü açıldı və... – UKRAYNADAKI HELİKOPTER QƏZASININ ŞOK DETALLARI

22/01/2023 - 09:32

“Ukrayna ordusuna çox lazım olan pilotsuz təyyarələr Azərbaycanla müharibə üçün erməni diasporunun nümayəndələri tərəfindən ölkədən çıxarılır. Elə bir vaxtda ki, Azərbaycan Ukraynanı enerji resursları, modul evləri, generatorları, ərzaqları və dərmanları ilə təmənnasız dəstəkləyir, Ukrayna azərbaycanlıları isə Ukraynanın azadlığı üçün canlarını verirlər”.

Qafqaz.media xəbər verir ki, bu barədə kavkazplus.com saytında dərc olunan məqalədə bildirilir.

Müəllif Qriqol Qiorqadze yazır ki, bu məsələ ortaya çıxanda nəzəri olaraq qalmaqal baş verməli idi, amma nədənsə hətta Ukrayna mediası da müharibə aparan ölkədən qeyri-qanuni silah tədarükü faktlarına susur:

“Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyan bəyan edib ki, Ukraynada yaşayan ermənilər faktiki olaraq Ukrayna Silahlı Qüvvələrinin ən zəruri silahlanma vasitələrindən birini müharibə edən ölkədən oğurlayırlar ki, sonradan onlarla döyüşə bilsinlər. Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyan heç bir tərəddüd etmədən azərbaycanlıların bu silahlara sahib olduqlarını bildirib:

“Hazırda vətənimizə kömək etməyə davam etməliyik. Düzünü desəm, biz artıq Ermənistana kəşfiyyat aparatları göndərmişik. Varşava-İrəvan reysi ilə. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var, amma bizim ermənilər buradan Ermənistana kömək edə bilirlər... Üstəlik, burada Ukraynanın tərəfində vuruşan hərbçilərimiz Ermənistandakı qardaşlarına pilotsuz uçan aparatlar da göndərə bilirlər”.

Ötən gün Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fedorov bildirib ki, onun ölkəsi yeddi ay ərzində 1600-ə yaxın dron alışı üçün dəyəri 81 milyon dollardan çox olan müqavilələr imzalayıb. Bununla yanaşı, sadə ukraynalılar xaricdən dron almaq üçün müntəzəm olaraq pul yığırlar. Eməni diasporunun nümayəndələri isə, əksinə, Ukraynadan dronları çıxarır, bununla da rus qoşunlarına kömək edirlər... Və onlar bu faktı nəinki gizlətmir, hətta bununla lovğalanırlar.

Qəribəlik bununla bitmir. Bu yaxınlarda, 2022-ci il yanvarın 18-də Kiyevətrafı qəsəbələrdə - Brovarı şəhərində fəlakət baş verdi. Belə ki, Ukrayna Daxili İşlər Nazirliyinin bütün rəhbərliyinin eyni vaxtda göyərtəsində olduğu helikopter qəzaya uğradı. Ukraynanın daxili işlər naziri Denis Monastırski, Daxili İşlər Nazirliyi rəhbərinin birinci müavini Yevgeni Enin, Daxili İşlər Nazirliyinin katibi Yuri Lubkoviç həlak oldular. Helikopterdə olan Daxili İşlər Nazirliyinin Patronaj Xidmətinin rəis müavini Tatyana Şutyak və nazirin mühafizəsinin rəisi (Daxili İşlər Nazirliyinin rəhbərliyinin təhlükəsizliyinə cavabdehdir) Mixail Pavluşko da həlak oldu.

Ukraynada helikopter qəzası: Nazir və digər 16 nəfər öldü - Günün Səsi

Müharibə şəraitində olan ölkədə Daxili İşlər Nazirliyinin, yəni əsas hüquq-mühafizə orqanının 3 yüksək vəzifəli məmurunun bir helikopterdə hərəkət etməsi prinsipcə qəbuledilməzdir. Ancaq bəzi nüfuzlu qüvvələr elə şərait yaratdılar ki, onlar bu helikopterə “yığıldılar”. Hansı ki, burada təkcə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri deyil, onun ölümü halında idarəyə rəhbərlik edə biləcək iki nəfər də vardı.

Monastırskinin ölümündən sonra Ukrayna Daxili İşlər Nazirliyinə əslində kimin rəhbərlik edəcəyi də çox maraqlı idi. Hansı ki, Ukrayna Nazirlər Kabineti dərhal Milli Polisin rəhbəri İqor Klimenkonu daxili işlər nazirinin müavini təyin etdi və daxili işlər nazirinin vəzifələrini ona həvalə etdi.

İqor Klimenko Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan yeganə şəxsdir ki, 2021-ci ildə - müharibənin başlamasına az qalmış Denis Monastırski etnik erməni olan keçmiş nazir Arsen Avakovu əvəz etdikdən sonra vəzifəsində qalıb. İqor Klimenko 2019-cu ildə Ukrayna Milli Polisinin rəhbəri təyin edilməsində Avakova borcludur.

Brovarıdakı helikopter qəzasından dərhal sonra separatçı “DXR”-in resursları Monastırskinin ölümünün onun müharibə aparan Ukraynadan silah alverinin “kölgə sxemləri” ilə məşğul olmağa başlaması ilə əlaqədar olduğu barədə məlumat yaymağa başladı. O cümlədən, ölkəyə Qərbin hərbi yardımının bir hissəsi kimi daxil olan silahlardan söhbət getdiyi açıqlandı.

Beləliklə, "Joker DNR" Telegram kanalı ““DXR”-in “informasiya naziri” Daniil Bezsonova istinadən bildirib ki, Denis Monastırski yardım şəklində gələn Qərb silahlarının qanunsuz ticarətinin olduğunu bilirdi. Düzdür, separatçı “nazir” nəinki erməni lobbisinin bu cür qanunsuz silah alverində iştirakını qeyd etməyib, əksinə, dərhal Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyinə “oxları yönləndirərək” öz versiyasını irəli sürməyə cəhd edib.

Безсонов: министра МВД Украины уничтожил ГУР, как пайщика распила торговли западным оружием

Eyni zamanda, Bezsonov separatçı kimi (bütün separatçılara Rusiya erməni lobbisi nəzarət edir) çox gözəl başa düşür ki, Monastırskinin ölümündə sələfi Avakovun əli olduğunu dolayısı ilə qeyd etmək belə mümkün deyil. Ancaq o, əsas şeyi dilə gətirir - Monastırskinin ölümünün qaranlıq və qeyri-qanuni silah ticarəti sxemləri ilə əlaqəli olduğu iddia edilir.

Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakovun sələfi Denis Monastırskinin ölümündə əli olması ilə bağlı versiya digər rusiyalı təbliğatçılar, xüsusən də Aleksandr Semçenko tərəfindən də səsləndirilib. Onun fikrincə, Daxili İşlər Nazirliyi rəhbərliyinin vertolyot qəzasında ölməsi ilə bağlı əsas versiya odur ki, bu qətlin sifarişçisi hakimiyyətə can atan Avakovdur.

Doğrudan da, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyinin öldüyü bu hadisəni “qəza” adlandırmaq çətindir. Üstəlik, “Avakovun adamı”nın birdən-birə Daxili İşlər Nazirliyinə rəhbər təyin olunması da kifayət qədər düşündürücüdür. O Avakov ki, onun çoxdankı dostu, Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyan “ermənilər Ukraynadan Ermənistana qanunsuz silah verirlər”, - deyə açıq şəkildə lovğalanır.

Ola bilsin ki, mərhum Monastırski və Yevgeni Yesin Ukrayna Erməniləri İttifaqının rəhbəri Arutyunyan kimi insanların fəaliyyəti ilə maraqlanıblar. Bu da onlara həyatları bahasına başa gəldi.

Brovaridə qəzaya uğrayan Fransanın “Airbus” şirkətinin istehsalı olan H225 “Super Puma” helikopterinə gəlincə, o da məlumdur ki, Ukrayna onu 2018-ci ildə - Arsen Avakov Daxili İşlər Nazirliyinin rəhbəri olarkən sifariş edib. Eyni zamanda, bu helikopterin və digər fransız texnikasının alınmasına da həmin Arsen Avakov səylə lobbiçilik edib. Fransa xüsusi xidmət orqanlarının erməni lobbisi ilə münasibətlərini nəzərə alsaq, bu heç də təəccüblü deyil. O da məlumdur ki, bu cür texnikaları sifariş verənlər və ya satın alanlar istədikləri vaxt onun “bloklaya” və yararsız hala sala biləcək informasiyalara da malikdir...”.

Hazırladı: Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12