Fələstin Prezidenti:Fələstin Qəzzanı nəzarətə almağa hazırdır

05/11/2023 - 22:24

Fələstin-İsrail münaqişəsinin tam siyasi həlli Qəzza zolağının yeni müstəqil Fələstin dövlətinə daxil olmasını nəzərdə tutur.

WAFA  xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlarda deyib.

“Qəzza zolağı Fələstin Dövlətinin ayrılmaz parçasıdır. Biz həm Qərb sahilində (İordan çayının Qərb sahilində - red.), həm Şərqi Yerusəlimdə, həm də Qəzza zolağında hərtərəfli siyasi həllin bir hissəsi kimi tam məsuliyyəti öz üzərimizə götürəcəyik”, – Abbas bildirib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci Prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının Qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33