Gürcüstan Azərbaycandan neft idxalını artırıb

22/01/2024 - 13:04

2023-cü ildə Gürcüstan Azərbaycandan 15,866 milyon ABŞ dolları dəyərində 12 425,46 ton neft idxal edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ötən il Azərbaycandan idxal edilən neftin dəyəri illik müqayisədə 1,971 milyon dollar və ya 11% azalıb, həcmi isə 650, 89 ton və ya 5,52% artıb.

    2022-ci ildə Gürcüstan Azərbaycandan 17,837 milyon dollar dəyərində 11 774,57 ton neft idxal edib.

    Qafqaz.Media

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Neftin qiyməti artıb
    26/08/2024 - 09:46