İndoneziyalı nazir məmur xanımlarını korrupsiyada günahlandırıb

19/12/2023 - 20:59

“Korrupsioner məmurların arvadları ərlərinin cinayətlərinə görə məsuliyyət daşıyırlar”.

Bunu İndoneziyanın ədliyyə naziri Məhəmməd Mahfud qadınların dövlət quruculuğunda rolunun müzakirə edildiyi görüşdə bəyan edib.

Nazirin sözlərinə görə, bəzi siyasətçilər “arvadları pis olduqları üçün hazırda həbsdədirlər”.

Mahfudun qənaətincə, bir çox rüşvətxor məmurlar arvadları onlardan daha artığını tələb etdiyi üçün indi həbsdədirlər. Belələrinin xərcləri əməkhaqlarını dəfələrlə üstələyir.

Nazirin açıqlaması qadın hüquqları müdafiəçilərinin mənfi reaksiyasına səbəb olub. Onların fikrincə, İndoneziyada korrupsiya daxili problem deyil, sistem xarakterlidir.

 news.ru

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33