İsrail Xarici İşlər Nazirliyi Antonio Quterreşi istefaya çağırdı
25/10/2023 - 12:01
BMT-nin baş katibi Antonio Quterreş İsraillə bağlı səsləndirdiyi təhqiramiz şərhlərə görə istefa verməlidir.
Qafqaz.media xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat BBC-yə bildirib.
Onun sözlərinə görə, BMT rəhbərinin HƏMAS terrorçularının qəddarlığı ilə bağlı çıxışında terrora haqq qazandıran sözlər var.
“Qurbanların yanında olmaq əvəzinə, o, qurbanları Holokostdan bəri görmədiyimiz qəddarlıqda günahlandırır”, - Hayat deyib.
Qafqaz.media