Məhsa Əmininin ailəsinin ölkədən çıxışına qadağa qoyulub

09/12/2023 - 21:46

Ötən il İranda polis idarəsində komaya düşən, sonra isə ölən 22 yaşlı Məhsa Əmininin ailəsinin ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Məhsanın atası, anası və qardaşı Avropa İttifaqının dəvəti ilə Andrey Saxarov adına “Düşüncə Azadlığı” Mükafatının verilməsi mərasiminə qatılmaq üçün Fransaya gedərkən Tehranın “Xomeyni” Beynəlxalq Hava Limanında saxlanılıblar.

Məlumata görə, onların pasportları müsadirə edilib.

Возможно, это изображение ‎1 человек и ‎текст «‎AZADİRAN ،پدر مادرو برادر مهسا ژینا امینی ممنوع الخروج شدند ١٩ ساعت پیش ایران طبق اطلاعات رسیده به ،ایران‌اینترنشنال هنگامی که ،پدر مادر برادر مهسا ژینا امینی برای شرکت در مراسم اهدای جایزه ساخاروف به ،ژينا به دعوت اتحاديه اروپا عازم فرانسه ،بودند در فرودگاه خمینی به آنها گفته شد ممنوع الخروج هستند گذرنامه آنها ضبط .شد‎»‎‎

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33