"Məndə nadir görünən bir hal yaşandı" - Cavanşir Quliyev

01/03/2024 - 20:42

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "AzTV Xəbər"ə xəstəliyindən danışıb.

Qafqaz.Media xəbər verir ki, nadir xəstəlikdən əziyyət çəkən bəstəkar Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə xəstəxanaya yerləşdirilib. O, ürək, daha sonra isə beyin əməliyyatı olunduğunu söyləyib:

"Müəmmalı bir şey idi. Səhər qəfildən yıxılmışam, xəstəxanaya aparılmışam. Nadir görünən bir şey yaşanıb. Dedilər ki, ürək və beyin böhranı eyni anda olub. Sol ayağım güclü ağrıyırdı. Həkimlər səbəbi tapa bilmirdi. İndi bir ay sonra yenidən Türkiyəyə müayinəyə gedəcəyəm. Dövlətim, hökumətim məni yenidən həyata gətirdi. Çünki şikəst qalma ehtimalım var idi".

Bildirilib onun xəstəliyi 5 milyonda bir insanda rast gəlinir. 

Qeyd edək ki, C.Quliyev bir müddət əvvəl Türkiyədə əməliyyat olunub.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28