Məşhur ukraynalı aktyor müharibədə həlak oldu

12/12/2023 - 00:04

Ukraynanın məşhur aktyoru Andrey Pavlenko cəbhədə həlak olub.

Bu barədə onun həyat yoldaşı Darya Orexova sosial şəbəkə hesabından məlumat verib.

Onun dəqiq necə öldüyü hələlik məlum deyil.

“Müharibə heç kəsə rəhm etmir… Müharibə bizim doğmalarımızı və əzizlərimizi əlimizdən alır! Müharibə Andrey Pavlenkonu apardı. Vaxtı gələndə Andreylə vidalaşma gününü elan edəcəyəm! Sənin üçün çox darıxacağam, əzizim”, – deyə Orexova yazıb.

Pavlenkonun iki övladı qalıb.

Qeyd edək ki, məşhur aktyor “Qadın həkimi” (“Jіnoçiy lіkar”), “Gözlənti vərəqi” (“List oçіkuvannya”), “Nestor Maxnın doqquz həyatı” (“Dev’yat jittіv Nestora Maxna”), “Çapayev üçün önəmlər” (“Pristrastі za Çapaem”), “Sənədlər üçün foto” (“Foto na dokumenti”) kimi filmlərdə rol alıb.

 

Oxu.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33