Netanyahu: Atəşkəs bitən kimi İsrail Qəzzada hərbi əməliyyatları bərpa edəcək

29/11/2023 - 21:40

İsrail humanitar fasilə bitən kimi Qəzza sektorunda hərbi əməliyyatları bərpa edəcək.

TASS xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“Son bir həftə ərzində böyük uğur əldə etdik – girov götürülmüş onlarla vətəndaşımızın geri qaytarılmasına nail olduq. Bir həftə əvvəl bunu təsəvvür etmək qeyri-mümkün görünə bilərdi, lakin biz buna nail olduq. Bununla yanaşı, son günlər tez-tez girovların qaytarılmasının bu mərhələsi başa çatdıqdan sonra İsrailin döyüşə qayıdıb-qayıtmayacağı ilə bağlı sual eşidirəm. Bunun cavabı birmənalı olaraq “hə”dir”, - B.Netanyahu deyib.

Xatırladaq ki, oktyabrın 7-si səhər tezdən Qəzza zolağından İsrail ərazisinə raket hücumları başlayıb. İsrail ordusu dərhal müharibə hazırlığı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat “Dəmir qılınclar” adı alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33