Opera studiyasında yenidən Nəzakət "Leyli", Mənsum isə "Məcnun" olacaq

31/01/2024 - 21:23

Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov yenidən "Leyli və Məcnun" tamaşasında birlikdə yer alacaqlar.

Qafqaz.Media xəbər verir ki, Üzeyir Hacıbəylinin ikipərdəli operası Leyli və Məcnun tamaşası fevral ayının 4- nə planlaşdırılıb.

Qeyd edək ki, tamaşa 12 yanvarda Opera studiyasında çox anşlaqla keçmişdi.  Nəzakət Teymurova və Mənsum İbrahimov dəfələrlə sözügedən tamaşada rol alıblar. Uzun illərdən sonra Nəzakət Teymurovanın opera səhnəsinə qayıtmağına həm kolleqaları, həm də sevənləri çox sevinib. 

Fuad BİLƏSUVARLI 

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28