Qadınlar həbsdən çıxan kimi rejimə qarşı şüarlar səsləndirdilər

09/02/2023 - 12:02

İranda aksiyalarda tutulmuş qadınlar həbsdən çıxan kimi rejimə qarşı şüarlar səsləndiriblər.

Bu haqda məlumatı “Radiofarda” yayıb.

Bildirilib ki, onlar “Qadın, Həyat, Azadlıq!”, “Zalım rejim məhv olmalıdır!” şüarlarının söyləyiblər.

Xatırladaq ki, inqilabın 44-cü ildönümü ilə əlaqədar İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei etiraz aksiyaları zaman həbs edilənlərin, o cümlədən qadınların bir qrupunu əfv edib. İran KİV-i onları “törətdikləri əməldən peşman olanlar əfv olunub” kimi təbliğ edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ