Qarabağdakı sülhməramlıların rotasiyası başa çatıb

06/11/2023 - 21:35

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb.

 Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi də başa çatıb.

“Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi başa çatıb”, - məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, sülhməramlı kontingent Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda tapşırıqların icrasını davam etdirir. Vurğulanıb ki, rəsmi Bakı ilə davamlı şəkildə mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş qarşılıqlı əlaqə saxlanılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33