Ər-Riyad Təl-Əvivi 1967-ci il sərhədlərinə qayıtmağa çağırır
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Qəzza zolağında mülki şəxslərə qarşı hədəflənmiş hücumu pisləyib.
“Al Arabiya” telekanalı xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN)-Körfəz Əməkdaşlıq Şurasının sammitində çıxış edən vəliəhd şahzadə krallığın mövqeyini bir daha təkrarlayıb: “Biz Qəzzada dinc əhaliyə və infrastruktura qarşı hərbi əməliyyatların dayandırılmasına çağırırıq”.
O, həmçinin krallığın Fələstin-İsrail münaqişəsinin uzunmüddətli həllinə sadiqliyini təkrarlayıb və qeyd edib ki, 1967-ci il sərhədlərinə əsaslanan Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan ədalətli həllin tapılması üçün səylər sabitliyin bərpasına yönəldilməlidir.