Real Ermənistana ağrılı keçid baş verir: qorxuram… - Nikol

24/03/2024 - 12:38

Fikrimcə, baş verənlər belədir: ilk növbədə, bizim şüurumuzda müəyyən mənada həm də fiziki olaraq tarixi Ermənistandan real Ermənistana çox ağrılı keçid baş verir.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan martın 23-də Gümrüdə Mülki Müqavilə Partiyasının təşəbbüs qrupu ilə görüşü zamanı deyib.

“Bu proses yeni deyil, bu keçid prosesini Yeğişe Çarents “Yerkir Nairi” romanında təsvir etmişdir. 2022-23 Milad mesajında “Yerkir Nair” romanından bəhs etdim, bu haqda çox müzakirələr, strategiyanı, prosesləri tanımaq mənasında çox tənqidlər oldu. Amma sonra dəhşətli bir hadisə baş verdi, əslində romanda təsvir olunanlar məhz Dağlıq Qarabağda gerçəkləşdi. Bütün bunların nə qədər dəqiq baş verməsi hətta qorxuludur. Biz bununla üzləşməliyik, amma biz də o prosesə münasibət formalaşdırmalıyıq”, - deyə o bildirib.

Paşinyan qeyd edir ki, iki yanaşma var – birincilər tarixi Ermənistandan real Ermənistana keçidə müqavimət göstərir və bunu məqbul hesab etmir, ikincilər isə bunu zərurət hesab edir və təhlükəsizliyin, rifahın, iqtisadi inkişafın, Ermənistanın xoşbəxtliyi təmini sayır:

“Mənim yanaşmam ondan ibarətdir ki, biz bu yolla getməliyik. Bizim partiyanın missiyası xalqımızın və dövlətimizin tarixi Ermənistandan real Ermənistana keçidinə və uzunmüddətli institusional inkişafına rəhbərlik etməkdir. Qorxuram ki, böyük Ermənistan real Ermənistanı da tarixi Ermənistana çevirsin”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ