“Rejimin xəbəri olmadan bunu heç kim törədə bilməz” - NƏSİB NƏSİBLİ

27/01/2023 - 12:03

Xəbər verdiyimiz kimi Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən hücumda səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, 1 nəfər yaralanıb. Hücumu həyata keçirən şəxs yaxalanıb.

Bundan əlavə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi də bir bəyanat yayıb. XİN-in bəyanatında hücum qəti şəkildə pislənilib və hücum barəsində araşdırmanın apardıldığı qeyd olunub.

Qafqaz.media xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-ın əməkdaşı Azərbaycanın İranda səfiri olmuş tarixçi alim Nəsib Nəsibli ilə əlaqə saxlayıb.

Hadisənin detallarından xəbərsiz olduğunu bildirən sabiq səfir bunun arxasında İrandakı molla rejiminin olduğunu dilə gətirsə də, əlavə şərh vermək istəməyib:

“Əlbəttə, rejimin xəbəri olmadan belə bir cinayəti heç bir qrup və heç bir kəs törədə bilməz. Bütün məsuliyyət o rejimin üstündədir”, – deyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ