Rejissor Elnur Mehdiyev beynəlxalq konfransda məruzə ilə çıxış edib 

08/10/2024 - 17:25

 

29 sentyabr 04 oktyabr 2024-cü il tarixlərində Rusiyanın paytaxtı Moskva Şəhərində Serqey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti tərəfindən təşkil edilən "Yüksəliş"(“Восхождение") adlı MBD ölkələrinin iştirakı ilə Beynəlxalq tələbə film festivalı keçirilib. Qeyd edək ki, festivalda 30- dan artıq film müsabiqədə iştirak edib. Ən yaxşı sənədli filmin rejissoru nominasiyası üzrə Azərbaycan tərəfdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının təqdim etdiyi  alti filmdən, üç film müsabiqəyə qoşulub.Onlardan biri "Sabah" qrupunun tələbəsi Şöhrət İbrahimova "Şirin yuxu",  Elmar Fərzəliyəvin "Hökm" və Kamal Müşviq İbadovun "Motivator" adli filmləri müsabiqədə iştirak etmək üçün seçilib. 
"Motivator" adlı film mukafa layiq görülüb. Filmin rejissoru Kamal Müşviq İbadovd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-Televiziya Sənətləri kafedrasının müdiri, rejissor Elnur Mehdiyev 
Festival çərçivəsində keçirilən konfransda Azərbaycanda kino sənayesinin formalaşması və inkişafının yeni mərhələsi haqqında çıxış edib.
E.Mehdiyev konfransdakı çıxışında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasında təhsilin yeni konsepsiyası haqqında da geniş məlumat verərək bildirib ki, təhsilin yüksək olmasının nəticəsi olaraq 29 sentabr 04 oktyabr tarixində Ümumrusiya Kinematoqrafiya universitetində keçirilən "Восхождения"-"Yüksəliş" adlı Beynəlxalq kinofestivalında tələbə İbadov Kəmal Müşviq sənədli film üzrə ən yaxşı rejissor adına layiq görülmüşdür: “Xatırladaq ki, 25-29 sentyabr 2023-cü il tarixində Moskva şəhərində, Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti tərəfindən təşkil edilən Yüksəliş”(“Восхождение”) adlı MDV ölkələrinin iştiraki ilə Beynəlxalq tələbə film festivalı keçirilmişdir. “Ən yaxşı bədii film” nominasiyası üzrə Kino-televiziya sənətləri kafedrasının tələbəsi Səməd Ağayevin Mistik-dramatik janrda çəkdiyi “Salam İsa” adlı bədii film layiq görülmüşdür. Mükafatı dünya şöhrətli serbiyalı kinorejissor Emir Kusturitsa təqdim etmişdir. Bununla yanaşı, operator sənəti ixtisası üzrə təhsil alan tələbəmiz Roman Moçalov çəkdiyi “Qolbol” adlı filmi “За оптимизм и радость жизни”-“Optimizm və həyat sevinci” nominasiyası üzrə diplomla təltif edilmişdir”.
E.Mehdiyev, təqdim olunan tələbə filmlərinin və çıxışlarının məharətinə, yüksək yaradıcılıq səviyyəsinə, o cümlədən konfranslarda, dəyirmi masalarda və plenar iclaslarda məruzələrin elmi-metodiki səviyyəsinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti diplomla təltif edildiyini də qeyd edib: “Eyni zamanda, 2023-ci il senyabr ayının 22-dən oktyabr ayının 02-dək Özbəkistanda MDV ölkələrinin iştiraki ilə XV Daşkənd Beynəlxalq Film Festivalı keçirilmişdir. Festivalda 52 ölkənin nümayəndələri mübarizəyə qatılmışdır. Gərgin keçən sənət yarışında tələbələrimiz uğur qazanmışlar. Onların festival günlərində 5 gün ərzində çəkdikləri "100 addım" adlı qisametrajlı bədii film festivalın ən yüksək pilləsinə, 1-ci yerə layiq görülmüşdür”.
Rejissor çıxışın sonunda onu da xüsusilə vurğulayıb ki, bütün qazanılan uğurlar tələbələrin və şübhəsiz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının naiiliyyətidir.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28