Rusiya Avdiyivka yaxınlığındakı Ukrayna istehkamlarını yarıb - ALMAN MEDİASI

22/11/2023 - 15:03

“Bild”-in hərbi analitiki Julian Röpke Ukraynanın şərqindəki Avdiyivka şəhəri ətrafında yeni bir hadisə baş verdiyini yazır.

Alman ekspertin sözlərinə görə, iki aydır Donetsk yaxınlığında yerləşən Avdiyikanı ələ keçirməyə cəhd edən rus qoşunları üçüncü hücum cəbhəsini yarıblar.

Röpke iddia edir ki, rus qoşunları Avdiyivkaya birbaşa cənub-şərqdən, Donetskdən hücuma başlayıblar. Bu yeni manevr nəticəsində 2014-cü ildən bəri keçilməz olan Ukrayna müdafiəsini yarıb keçə biliblər.

Xəritədə 2022-ci ilə qədər tutulan ərazilər tünd qırmızı, 2022-ci ilin fevralından sonra tutulan ərazilər isə açıq qırmızı rəngdə göstərilib. Röpke qeyd edir ki, bu yeni hücumun müvəffəqiyyət dərəcəsini qiymətləndirmək hələ də çətindir, lakin rus qoşunlarının ən azı yarım kilometr irəlilədiyi məlumdur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ