“Ruslar öz evlərində olmadıqlarını unutmamalıdırlar” – ZURABİŞVİLİ XƏBƏRDARLIQ ETDİ

14/11/2023 - 12:04

“Gürcüstan Moskvadan gələn hibrid müharibə təhlükəsindən qorxur, ona görə də hakimiyyət ölkədə yaşayan rusları yoxlamalıdır”.

Bunu ölkə prezidenti Salome Zurabişvili Fransanın RFI radiosuna müsahibəsində bildirib. O, rusiyalı mühacirlərin Gürcüstan iqtisadiyyatına töhfə verdiyini, lakin gürcü mədəniyyətinə inteqrasiyada maraqlı olmadıqlarını etiraf edib.

“Bizdə elə bir hiss var ki, onlar özlərini evdəki kimi aparırlar, bəlkə də əvvəllər (SSRİ dövründə) necə olduğunu xatırlayırlar. Xüsusilə də belə bir hiss var ki, onların ölkəyə girişinə kifayət qədər nəzarət olunmur. Və biz bilmirik ki, bu kütlə arasında ölkəyə kimlər daxil ola bilər”, - Zurabişvili deyir.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33