Saakaşvili: Milli Hərəkat "ən gözlənilməz qüvvələrlə" uzlaşma nöqtələrini tapdı

23/11/2023 - 13:19

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Vahid Milli Hərəkatın ən gözlənilməz qüvvələrlə uzlaşma nöqtələrini tapdığını deyib və bu kontekstdə Girçi partiyasının adını çəkib.

Saakaşvili qeyd edib ki, bir sıra məsələlərdə tərəflərin mövqeləri üst-üstə düşür və bu, “ideoloji birlik” üçün əsas ola bilər.

“Biz ən gözlənilməz qüvvələrlə kəsişmə nöqtələrini tapırıq. Kaxa Bendukidze çoxdankı ideyasını – Milli Bankı ləğv etmək və iqtisadiyyatı avroya keçirmək vaxtının yetişdiyini bildirəndən sonra məlum oldu ki, “girçi” Yaqo Xviçiya çoxdan eyni şeyi tələb edirmiş. Həmçinin amnistiya məsələsində bizim mövqelərimiz onların fikirləri ilə üst-üstə düşür.

Bu birliyin əsasıdırmı? Təbii ki, biz qardaşlıq və ya klan birliyi yox, ideoloji birlik axtarırıq. Ona görə də mənim məsləhətim və çağırışım belədir: biz siyasətçilərin bir-birini sevməsinə çalışmırıq, onları ümumi ideyalar və konkret məqsəd - oliqarxiya birləşdirməlidir.

Bəzi görüşlər indi baş verəcək, lakin bəziləri xatırlamalıdırlar ki, nə vaxtsa yenidən birləşmə qaçılmaz olacaq”, - Saakaşvili yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ