Tramp misirli həmkarı ilə Qəzzada girovların azad edilməsini müzakirə edib

02/02/2025 - 05:09

ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisi telefon danışığı zamanı Qəzza zolağından girovların azad edilməsi məsələsini müzakirə ediblər.

Qafqaz.media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

    "İki lider Qəzza zolağından girovların azad edilməsində Misirin mühüm rolunu müzakirə ediblər. Prezident əs-Sisi Trampın rəhbərliyinin Yaxın Şərqdə sülhün qızıl əsrini aça biləcəyinə əminliyini ifadə edib", - sənəddə deyilir.

    Misir prezidentinin ofisindən bildirilib ki, telefon danışığı zamanı Tramp əs-Sisini Vaşinqtona rəsmi səfərə dəvət edib və onunla Ağ Evdə görüşməyi təklif edib.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ