Fransa parlamentinin sədri erməniləri şoka saldı: "Paris Dağlıq Qarabağın müstəqilliyini tanımır"

13/01/2023 - 13:49

Məlum olduğu kimi, Fransa parlamentinin spikeri Yael Braun-Pive Ermənistana səfərə gəlib. Hazırda onun iştirakı ilə İrəvanda mətbuat konfransı keçirilir.
Mətbuat konfransında Yael Braun-Pive Fransanın "Dağlıq Qarabağ"ın müstəqiliyini tanımadığını bildirib. Fransa rəsmisi fikirlərini belə ifadə edib: "Paris bizim də riayət etdiyimiz beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın müstəqilliyini tanımır". Hələlik, bu xəbər erməni teleqram kanalları tərəfindən yayımlanıb və təsdiqlənib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33