Rusiyanın Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb - ONLARDAN 5 NƏFƏRİ UŞAQDIR
17/01/2023 - 16:09
Yanvarın 15-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
UNİAN xəbər verir ki, həlak olanlardan 5-i uşaqdır.
Həmçinin bildirilib ki, dağıntılar altından 39 nəfər sağ xilas edilib.
Ərazidə axtarış-xilasetmə tədbirləri başa çatıb.
Qeyd edək ki, Rusiya ordusu yanvarın 15-də Dneprə raketlə hücum edib.