Türkiyə ilə danışırıq, nəticəni görəcəksiniz - Buravov

18/12/2024 - 09:39

Rusiya və Türkiyə arasında Suriya məsələsi üzrə danışıqlar həm ikitərəfli formatda, həm də beynəlxalq platformalar çərçivəsində davam edir. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib. “Biz ikitərəfli və digər beynəlxalq formatlarda, ölkəmizin maraqlarını nəzərə alaraq, əlaqələri davam etdiririk. Bu danışıqların nəticələrini qarşıdakı dövrdə hiss edəcəyik”, - o bildirib. Baş konsul xatırladıb ki, Rusiya artıq Dəməşqin yeni hakimiyyət orqanları ilə təmasdadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ