Zəngəzur dəhlizinin açılması İranı niyə narahat edir? – DƏHLİZİN TEHRANIN GEOİQTİSADİ MARAQLARINA TƏSİRİ…
“İkinci Qarabağ savaşından öncə Azərbaycanla Naxçıvan bölgəsi arasında yol İrandan keçirdi və Zəngəzur dəhlizi ilə çox güman ki, bu vəziyyət dəyişəcək və Naxçıvanla nəqliyyatın qurulmasında Bakının Tehrandan asılılığı azalacaq”.
Qafqaz.media xəbər verir ki, bu barədə İranın “Tahlil Bazaar” saytı yazır.
Sayt daha sonra əlavə edir: “İran və Azərbaycan arasında gərginlik aylardır artıb. Bu gərginliyin bu günədək mühüm və təsirli nəticələri olub, məsələn, İranın hava məkanının Azərbaycan hərbi hava qüvvələrinin üzünə bağlanması böyük addım sayılır. Çünki İranın hava məkanı üzərindən uçuşlar Azərbaycandan Naxçıvana hərbi texnika və yardımların ötürülməsinin birbaşa yolu idi.
Azərbaycanın iki hissəsini Ermənistanın Sünik vilayəti (Zəngəzur) ayırır, buna görə Azərbaycana İranın uçuş marşrutu lazım idi.
Bununla belə, Azərbaycan özünün ayrı düşmüş muxtar bölgəsinə daxil olmaq üçün indi Gürcüstan və Türkiyə üzərindən uzun yol qət etməlidir. İranın bu addımı indi səfər vaxtını daha da uzadır. Hansı ki, savaş olacağı halda Bakı üçün fəlakətli olacaq...”.
Qafqaz.media