ABŞ-da yaşayan həmyerlimizin yeni hüquqi kitabı işıq üzü görüb - FOTO

17/12/2024 - 16:13

Amerikada yaşayan beynəlxalq hüquq üzrə ekspert Vusal Mehdiyevin “Hüquqi baxış: müqavilələr, insan hüquqları və sən” adlı kitabı işıq üzü görüb.

Kitab, geniş ictimaiyyət üçün müqavilələr və insan hüquqları sahələrində praktik hüquqi bələdçi rolunu oynayır. Kitabın məqsədi, hüquqi anlayışları sadələşdirərək, oxucuların gündəlik həyatlarında qarşılaşa biləcəkləri hüquqi məsələləri daha yaxşı başa düşməsinə və bu bilikləri praktikada tətbiq etməsinə kömək etməkdir.

Kitabın birinci hissəsi müqavilə hüququna həsr olunub.

Burada müqavilələrin nə olduğu, onların növləri, əsas elementləri və bağlanma prosesi izah edilir.

Müqavilələrin pozulması, etibarsız sayılması və bu hallarda hüquqi nəticələr ətraflı müzakirə olunur. İş müqavilələri, alqı-satqı müqavilələri və icarə müqavilələri kimi gündəlik həyatda rast gəlinən nümunələr vasitəsilə mövzu daha anlaşılan şəkildə təqdim edilir. İkinci hissə isə insan hüquqlarına diqqət yetirir.

Bu bölmədə insan hüquqlarının əsasları, Avropa İnsan Hüquqları Konvensiyasınin mühüm qərarlari izah edilir. Kitab, müqavilələrin insan hüquqları ilə əlaqəsini vurğulayır və hüquqi razılaşmaların fərdlərin hüquqlarına necə təsir göstərə biləcəyini müzakirə edir.

Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi məşhur işləri və onların real həyatda tətbiqi haqqında məlumat təqdim edilir. Kitab hüquq təhsili almamış, lakin hüquqi biliklərə sahib olmaq istəyən hər kəs üçün nəzərdə tutulub.

Sadə izahlar və real nümunələr vasitəsilə oxucular hüquqi biliklərini genişləndirə, hüquqlarını daha yaxşı dərk edə və həyatlarında tətbiq edə bilərlər.

Hüquq dünyasını daha dərindən anlamaq və hüquqi məsələlərə inamla yanaşmaq istəyənlər üçün bu kitab əvəzsiz bir mənbədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24
Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20
Ailə sənin məbədindir
05/12/2024 - 23:42
Xəyyam Əhmədli vəfat etdi
03/12/2024 - 07:31
Culbars
02/12/2024 - 09:23
DÜZGÜN OLMAYAN HƏQİQƏT
02/12/2024 - 05:24