Azərbaycan və Türkiyə generalları arasında mühüm görüş... - HƏRBİ ƏMƏKDAŞLIĞIN DƏRİNLƏŞDİRİLMƏSİ HAQDA MÜZAKİRƏLƏR APARILIB

08/12/2022 - 09:59

Türkiyədə səfərdə olan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Baş Qərargahın ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Qafqaz.media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.