Belarus da Ukraynaya qarşı savaşa qoşulmağa hazırlaşır – RƏSMİ AÇIQLAMA / VİDEO

15/12/2022 - 16:11

Belarus Rusiyanın Ukraynada apardığı müharibədə iştiraka hazırlaşır.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov cümə axşamı keçirdiyi brifinq zamanı bildirib. Onun çıxışı “Ukrayna Hərbi Televiziyası” tərəfindən Youtube portalında yayımlanıb.

Məlumata görə, Belarusun Ukrayna ilə həmsərhəd bölgələrində terrorla mübarizə qrupları yaradılır və orada Kiyev və Çerniqov vilayətləri ilə həmsərhəd ərazilərə səfər qadağası da uzadılıb.

Aleksey Qromov deyib ki, bu addımlar Ukrayna ilə müharibədə iştiraka hazırlıq çərçivəsində atılan addımlardır.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02