BİR EVİN QİYMƏTİNƏ BÜTÜN KƏND TƏKLİF EDİLİR… - İspaniyada “sudan uçuz” qiymətə tərk edilmiş kənd satılır
İspaniyada bir evin qiymətinə bütöv bir kənd satışa çıxarılıb.
Bu barədə “Euronews” xəbər verir.
Söhbət ölkənin şimal-qərbində, Portuqaliya ilə sərhədə yaxın biosfer qoruğunun mərkəzində yerləşən Salto de Kastro kəndindən gedir.
Hansı ki, bu kənd 260 min avroya satışa çıxarılıb. Bu, Barselonada bir mənzilin orta qiymətindən aşağıdır.
Kəndi iş adamı Oscar Torres Qalleqo təxminən 300 000 avroya almışdı. Onu əsl turizm mərkəzinə çevirmək istəyirdi. 2000-ci illərin əvvəllərində Salto de Kastroya sahib olan əvvəlki sahiblərin də eyni planları var idi.
Lakin bir il sonra Qalleqo kəndi aldığı qiymətdən təxminən iki dəfə baha qiymətə satışa çıxardı. İş adamı bəzi memarlıq işlərini tamamladı, lakin iddialı planını həyata keçirə bilmədi.
Beləliklə, şanslı alıcı 580 000 avroya 44 ev, bar, hostel, hovuz və idman meydançası, həmçinin əvvəllər Mülki Qvardiyanın yerləşdiyi kilsə və köhnə kazarma binasını ala biləcək. Burada hətta aptek və polis bölməsi də var - hər hansı adi ispan kəndində olduğu kimi.
Salto de Kastro kəndi Duero çayının möhtəşəm mənzərələrini təqdim edir və ildə 135 günəşli gün var. Potensial alıcılara tərəddüd etməmələri tövsiyə olunur: artıq tərk edilmiş kəndi almaqda maraqlar ifadə olunub və qiymət 600 min avronu keçə bilər.
Keçən il kənd hərraca çıxarılanda daşınmaz əmlak agentləri hesab edirdilər ki, Salto de Kastronun həyat və turistlərə uyğun olması üçün təxminən 2 milyon avro xərcləmək lazımdır.