Hacıqabulda istirahət mərkəzində yanğın olub

16/01/2025 - 13:31

Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yanğın olub. APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib. İstirahət mərkəzinin ərazisində ümumi sahəsi 300 m² olan anbarın qamışdan ibarət tavanı, dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ