“MƏNİ ƏFV EDİN” - Saakaşvilidən Gürcüstan prezidentinə çağırış

20/11/2023 - 13:58

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə iclasında respublikanın hazırkı rəhbəri Salome Zurabişvilini onu əfv etməyə və bununla da “ölkədə siyasi tarazlığı bərpa etməyə” və ata kimi onu uşaqlarına qaytarmağa çağırıb.

Qafqaz.media bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

“Əlbəttə, ruhən özümü daha gümrah hiss edirəm, amma fiziki olaraq... həkimlər mənim daha yaxşı olduğumu təsdiq edə bilmirlər. Xanım Salome bir imza ilə övladlarımı atalarına qaytara və Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”, - eks-prezident çıxışı zamanı deyib.

Gürcüstanın ədliyyə naziri Rati Breqadze noyabrın 10-da bildirib ki, Saakaşvili həkimlərin müvafiq qərarı aldıqdan sonra həbsxanaya qaytarılacaq. Cəmi iki illik həbsdə eks-prezident altı aydan da az kamerada yatıb.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ