Nəzakət "Leyli", Mənsum isə "Məcnun" olacaq
02/01/2024 - 07:35
Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov yenidən "Leyli və Məcnun" tamaşaçında birlikdə yer alacaqlar.
Qafqaz.Media xəbər verir ki, Üzeyir Hacıbəylinin ikipərdəli operası yanvarın 12-nə planlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl də N.Teymurova və M.İbrahomov dəfələrlə sözügedən tamaşada rol alıblar. N.Teymurova Opera və Balet Teatrından uzaqlaşaraq, 6 il fasilə verib. O, bu il yenidən teatra qayıtdığını açıqlayıb.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media